Nikolas Börns: “ABŞ İranla birbaşa görüşməlidir”

Nikolas Börns: “ABŞ İranla birbaşa görüşməlidir”
# 17 avqust 2012 12:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “ABŞ İranla birbaşa görüşməlidir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin sabiq müavini Nikolas Börns bildirib.

“The Boston Globe” qəzetinin yazdığına görə, N. Börns deyib ki, İranla yaranmış gərginliyin qarşılıqlı şəkildə təhlil edilərək aradan qaldırılması üçün bu ölkənin rəsmiləri ilə birbaşa əlaqə yaradılması daha yaxşı olardı. Onun sözlərinə görə, İsrailin İrana qarşı hər cür hərbi müdaxiləsinin qarşısı qətiyyətlə alınmalıdır: “Bunu üçün növbəti prezident seçkilərində qələbə çalacaq namizədin ilk mərhələdə Cimmi Karterdən sonrakı nazirlərin edə bilmədikləri addımı atması, yəni İran rəsmiləri ilə birbaşa görüşməsi lazımdır”.

N. Börns vurğulayıb ki, ABŞ ikinci mərhələdə İranın nüvə proqramını tanıyan, lakin bu ölkənin nüvə silahı əldə etməsinin qarşısını ala biləcək bir sıra layihələr hazırlamalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR