“Nar Mobile” abunəçilərinə yeni tarif təklif edir

“Nar Mobile” abunəçilərinə yeni tarif təklif edir
# 18 aprel 2012 11:08 (UTC +04:00)
Bakı - APA-Economics. “Nar Mobile” mobil operatorunun təqdim etdiyi “Limitsiz Şəbəkədaxili” tarifi hazırda ən sərfəli tariflərdən biridir.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Limitsiz Şəbəkədaxili” tarifi bütün “Nar” abunəçiləri ilə sərhədsiz danışmaq imkanıdır. Tarifə əsasən gündəlik olaraq 24 qəpik ödəməklə şəbəkədaxili 300 dəqiqə və 10 SMS əldə etmək olar. Ay ərzində isə abunəçilərə 9 000 dəqiqə və 300 SMS verir.
Təqdim olunan şəbəkədaxili bonus dəqiqələri bitdikdə, sonrakı şəbəkədaxili zənglərin bir dəqiqəsi üçün 5 qəpik çıxılır. Şəbəkədaxili bonus SMS-lər bitdikdə, sonrakı hər SMS üçün 3 qəpik çıxılır.
Qeyd edək ki, tarifə 50% endirim nəticəsində ödəniş 0,48 qəpikdən 0,24 qəpiyə qədər düşüb, danışıq dəqiqəsi isə 100 dəqiqədən 300 dəqiqəyə qədər yüksəldilib.

Xidmət

Qiymət (qəpiklə)

Şəbəkəxarici zəngin 1 dəqiqəsi

5

Ölkədaxili SMS

3

Ölkədaxili MMS

5

İnternet trafiki (1 MB)

20

Mobil TV (1 MB)

10



Qeyd edək ki, “Nar Mobile” brendi ilə tanınan “Azerfon” telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin innovativ, şəffaf telekommunikasiya şirkətidir. “Azerfon” şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR