AFFA AVRO-2015-i keçirməyə namizədliyini verib

AFFA AVRO-2015-i keçirməyə namizədliyini verib
# 29 fevral 2012 13:41 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, AFFA futbol üzrə 2015-ci ildə gənclər arasında Avropa çempionatının final mərhələsini keçirmək istəyir.

Belə ki, 21 yaşadək futbolçular arasında 2 ildən bir təşkil olunan çempionatın ev sahibliyinə iddiaçıların siyahısı açıqlanıb. Bunlar arasında Azərbaycanla yanaşı, Avstriya, Portuqaliya, Rusiya, Çexiya, Uels, Macarıstan və Yunanıstan yer alıb.

UEFA 3 il sonrakı qitə birinciliyinin ev sahibliyi ilə qərarını artıq gələn ay verəcək. Martın 20-21-də UEFA-nın Türkiyənin İstanbul şəhərində keçiriləcək XXXVI növbəti Konqres çərçivəsində baş tutacaq İcraiyyə Komitəsinin yığıncağında son qərar çıxarılacaq.

Bu yarışadək isə ölkəmiz futbol üzrə digər mötəbər turnirin final mərhələsinə ev sahibliyi edəcək. Belə ki, bu il sentyabrı 22-dən oktyabrın 13-dək Bakı və Lənkəranda 17 yaşadək qızlar arasında dünya çempionatı təşkil olunacaq.

Qeyd edək ki, Avropa çempionatının 2013-cü ildəki final mərhələsi İsraildə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR