Kaspi” Təhsil Mərkəzi “Oxu TV” adlı yeni layihə həyata keçirəcək

Kaspi” Təhsil Mərkəzi “Oxu TV” adlı yeni layihə həyata keçirəcək
# 14 sentyabr 2012 10:36 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Kaspi” Təhsil Mərkəzi 2011-2012-ci tədris ilinin yekunları ilə bağlı hesabat tədbiri keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mərkəzin direktoru Elnur Əliyev təhsil mərkəzinin yaradılmasının beş ilinin tamam olduğunu nəzərə çatdırıb.

Təhsil mərkəzinin sədri Sona Vəliyeva isə mərkəzin əldə etdiyi uğurlardan danışıb: “Mərkəzin abituriyent şöbəsi beş ildir ki, fəaliyyət göstərir. Bu ilə kimi minə yaxın abituriyent hazırlıq keçərək həm Azərbaycanın, həm də xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinin tələbəsi adını qazanıb. Keçən il tədris hazırlığı keçən abituriyentlərimizin 93 faizi ali məktəblərə qəbul olmuşdusa, bu il həmin göstərici 96 faiz təşkil edib. Ən yüksək bal toplamaq sahəsində də göstəricimiz keçən illəri üstələyərək 690 baş olub”.

S. Vəliyeva Azərbaycanda ilk dəfə olaraq “Kaspi” təhsil mərkəzinin abituriyent təqaüd paketini təsis etdiyini deyib: “Sınaq imtahanlarında 675 balı keçən ilk 3 ən yaxşı şagirdə aylıq 200 manat, 600 balı keçən ilk 3 ən yaxşı şagirdə aylıq 150 manat təqaüd paketi təsis etmişik. Mərkəz bu dərs ilindən başlayaraq Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən layihə təqdim edəcək. “Oxu TV” adlanan bu layihə repetitor yanına getməyə imkanı olmayan şagirdlər üçün nəzərdə tutulub. Proqram internet vasitəsilə pulsuz olaraq ictimaiyyətin istifadəsinə veriləcək”.

S. Vəliyeva mərkəzin dünyanın 120-dən çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini də bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR