Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayət təşkilatı sədrinin qətli ilə bağlı cinayət işi qaldırılıb

Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayət təşkilatı sədrinin qətli ilə bağlı cinayət işi qaldırılıb
# 10 may 2012 13:03 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayət təşkilatının sədri İqbal Mahmudovun qətli ilə bağlı cinayət işi qaldırılıb. APA-nın xəbərinə görə, Ukrayna Cinayət Məcəlləsinin 115-ci (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qətl törədilməsi) maddəsi ilə cinayət işi qaldıran hüquq-mühafizə orqanları cinayətkarların şəxsiyyətinin müəyyənləşdirilməsi və onların yaxalanması üçün operativ əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Qeyd edək ki, mayın 9-da Donetsk vilayətinin Makeyevka şəhərinin Qornyatsk rayon mili idarəsinə general Danilov küçəsindəki dayanacaqda odlu silahdan açılan atəşlə bir nəfərin yaralandığı barədə informasiya daxil olub. Həmin şəxsin Donetsk sakini, 35 yaşlı İqbal Mahmudov olduğu müəyyənləşib. 1 saylı şəhər xəstəxanasına aparılan İ. Mahmudovun həyatını xilas etmək mümkün olmayıb. Məlum olub ki, İ. Mahmudov “Kaspiy” adlı kafe-mağazanın yanında avtomobilindən çıxarkən motosikletlə yaxınlaşan iki nəfərin hücumuna məruz qalıb. İ. Mahmudov 5 güllə yarası alıb. Cinayətkarlar hadisə yerindən qaça biliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR