Azərbaycanın Xrax-Uba və Uryan-Uba kəndlərinin sakinlərinin Dağıstana köçürülməsi üçün layihə Rusiya hökumətinə təqdim edilib

Azərbaycanın Xrax-Uba və Uryan-Uba kəndlərinin sakinlərinin Dağıstana köçürülməsi üçün layihə Rusiya hökumətinə təqdim edilib
# 08 noyabr 2012 07:18 (UTC +04:00)
Dağıstan. Telman Tahirli-APA. Dağıstan hökuməti Azərbaycanın Xrax-Uba və Uryan-Uba yaşayış məntəqələrindən Məhərrəmkənd rayonu ərazisinə köçürüləcək sakinlər üçün tikiləcək evlərin, sosial və mühəndislik infrastrukturunun siyahısını hazırlayaraq Rusiya hökumətinə təqdim edib. APA-nın Dağıstan müxbirinin verdiyi məlumata görə, Dağıstan Respublikası milli siyasət, dini məsələlər və xarici əlaqələr nazirliyinin yekun siyahısına görə, adı çəkilən kəndlərdən ümumi sayı 377 olmaqla 138 ailə Rusiya ərazisinə köçmək istədiyini bildirib.

Xrax-Uba və Uryan-Uba yaşayış məntəqələri ilə bağlı problem Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası zamanı yaranıb. 2010-cu ildə Rusiya və Azərbaycan prezidentləri arasında imzalanmış dövlətlərarası müqavilədə Azərbaycan sərhədləri daxilində olan bu iki yaşayış məntəqəsinin əhalisinin könüllü olaraq Rusiya ərazisinə köçürülməsi razılaşdırılıb. Bu problemin həlli Maqomedsalom Maqomedovun prezident seçilməsindən sonra daha da aktuallaşıb və hazırda respublika rəhbərliyi köçürülmə ilə bağlı konkret layihə təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR