“Eurovision-2001” mahnı müsabiqəsinin qalibi “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına qoşulub - FOTO

“Eurovision-2001” mahnı müsabiqəsinin qalibi “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına qoşulub - <font color=red>FOTO</font>
# 25 may 2012 10:40 (UTC +04:00)
APA-nın xəbərinə görə, ifaçı bu gün keçirilən mətbuat konfransında müvafiq sənədin (petisiya) altına imzasını atıb. O, Xocalı faciəsi haqqında ilk dəfə bu ilin fevralında Tallinn şəhərində məlumat aldığını və kütləvi qətlin 20-ci ildönümünə həsr olunmuş tədbirə qatıldığını deyib.

Eston müğənni Pirşağı qəsəbəsində məskunlaşmış Xocalı sakinləri ilə görüşdüyünü söyləyib. T. Padar qeyd edib ki, bundan sonra Xocalı həqiqətləri barədə Estoniya və Avropa ictimaiyyətinə məlumatlar çatdıra biləcək: “Mən bu məsələni Estoniya parlamenti ilə müzakirə etməyi planlaşdırıram”.

T. Padar Xocalı hadisəsi haqqında mümkün olduğu qədər çox insanın məlumat alması üçün əlindən gələni edəcəyini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR