Qəbələnin Nic qəsəbəsində “Pasxa” və “Kala Axsibay” bayramları qeyd olunub - FOTO

Qəbələnin Nic qəsəbəsində “Pasxa” və “Kala Axsibay” bayramları qeyd olunub - <font color=red>FOTO</font>
# 15 aprel 2012 20:23 (UTC +04:00)
APA-nın məlumatına görə, aprelin 15-də Nic qəsəbəsindəki Cotari alban kilsəsində təşkil edilən bayram mərasimində yüzlərlə pravoslav udin, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Kilsənin keşişi, dini rəhbəri, eləcə də Alban-Udi Xiristian İcmasının nümayəndələri çıxış edərək “Pasxa” bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin onlara göstərdiyi diqqət və qayğısından danışıb, bayram münasibətilə təbriklərini çatdırıblar. Udinlər kilsədə şam yandırıb, məbədin ətrafına dövrə edərək dualar ediblər.

Dini ayinlərin icrasından sonra “Cotari” kilsəsinin həyətində udin xalqının qədim “Kala Axsibay” bayramı da qeyd olunub. Artıq ikinci ildir ki, bu bayramın kilsədə təntənə ilə qeyd edildiyi bildirilib. Bayram tədbirində 172 ildən sonra udin xalqının qədim ənənəsi canlanıb, milli musiqiçilər çıxış edib, udin dilində mahnılar ifa olunub, müxtəlif yeməklər və şirniyyatlar təqdim edilib.

Udin dilində böyük bayram adlandırılan “Kala Axsibay” 1836-cı ildə bir sıra səbəblərə görə Alban kilsəsinin bağlanmasından sonra rəsmi olaraq qeyd edilməyib, udin xalqı kilsəyə getməkdən imtina edərək ibadətlərini evlərində ediblər. 2002-ci ildə əsaslı bərpa olunan Cotari məbədi udinlərin dini ayinləri yerinə yetirmək və “Kala Axsibay” bayramını keçirmək üçün istifadəyə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR