Almaniyada Azərbaycan Diplomatik Akademiyası ilə Münxen Universiteti elmi konfrans keçiriliblər

Almaniyada Azərbaycan Diplomatik Akademiyası ilə Münxen Universiteti elmi konfrans keçiriliblər
# 18 fevral 2012 19:29 (UTC +04:00)
Bakı-APA. Fevralın 16-17-də Almaniyanın Münxen şəhərində Azərbaycan Diplomatik Akademiyası ilə Münxen Universitetinin birgə layihəsi əsasında postsovet məkanında etnik münaqişələrin həllinin hüquqi aspektlərinə həsr olunmuş elmi konfrans keçiriblər.
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Diplomatik Akademiyasının təşəbbüsü ilə təşkil olunmuş bu konfransda dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış alimlər iştirak ediblər. Müzakirələr zamanı mövcud etnik münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normaları əsasında həll olunmasının zəruriliyi vurğulanıb. Konfransda Milli Məclisin şöbə müdiri Lətif Hüseynov və Diplomatik Akademiyanın əməkdaşı Kavus Abuşov çıxış ediblər. Konfransın materiallarının Avropa ölkələrinin birində çap olunması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR