«Eurovision-2012» müsabiqəsi ilə əlaqədar Rusiyadan Azərbaycana gələn turistlərin sayı 10 dəfə artacaq

«Eurovision-2012» müsabiqəsi ilə əlaqədar Rusiyadan Azərbaycana gələn turistlərin sayı 10 dəfə artacaq
# 26 aprel 2012 11:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının sonunda Rusiyadan Azərbaycan paytaxtına gələnlərin sayı ötən illə müqayisədə təxminən 10 dəfə çox olacaq. «APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya vətəndaşlarının Bakıya artan marağı mayda Azərbaycanda keçiriləcək «Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsi ilə əlaqədardır.

Onlayn bronlaşdırma ilə məşğul olan «Amargo» şirkətinin hesablamalarına görə, mayın 19-dan 27-dək Rusiyadan Bakıya həyata keçirilən uçuşlar üçün sifarişlər ötən ildəkindən 870% (9,7 dəfə) çox olub. Azərbaycan paytaxtına ən çox Rusiyanın Moskva (sifarişlərin 53%-i), Sankt-Peterburq (17%) və Mineralnıye Vodı (6%-i) şəhərlərindən turistlər gələcək. Hazırda sözügedən tarixlərə Moskvadan Bakıya bir aviabiletin minimal qiyməti 4,5 min rubl (121,5 manat), Sankt-Peterburqdan – 8 min rubl (216 manat), Mineralnıye Vodıdan isə 4,6 min rubl (124,2 manat) təşkil edir.

Rusiyalılar üçün Bakıya bir həftəlik turun qiyməti isə təxminən 45 min rubl (1 215 manat) təşkil edir ki, bu qiymətə aviabilet, hoteldə yaşamaq və «Eurovision-2012» müsabiqəsinə biletlər daxildir.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycana gələn turistlərin sayı 1,8 mln. nəfər olub. «Eurovision-2012» və futbol üzrə 17 yaşlı qızlar arasında sentyabrda Bakıda keçiriləcək dünya çempionatı ilə əlaqədar isə bu il həmin göstəricinin daha çox olacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR