Novruz bayramı günlərində Azərbaycanda hava isti olacaq

Novruz bayramı günlərində Azərbaycanda hava isti olacaq
# 18 mart 2012 11:29 (UTC +04:00)
Martın 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə saatlarında 1-3 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.

Martın 19-da Azərbaycanın rayonlarında da hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman. cənub-qərb küləyi əsəcək, gündüz saatlarında əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta olacağı gözlənilir.

Martın 20-21-də də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə, gündüz isə 12-17 dərəcə isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR