ABŞ dövlət katibinin diplomatik təhlükəsizlik üzrə köməkçisi Azərbaycana gəlib

ABŞ dövlət katibinin diplomatik təhlükəsizlik üzrə köməkçisi Azərbaycana gəlib
# 03 aprel 2012 10:18 (UTC +04:00)
ABŞ səfirliyinin mətbuat katibi Kit Binin APA-ya verdiyi məlumata görə, Erik Bosvell səfər zamanı ABŞ səfirliyinin əməkdaşları ilə görüş keçirəcək, təhlükəsizlik strukturları və Azərbaycan Xarici İşlər Nazirliyində görüşləri olacaq.

Qeyd edək ki, diplomatik təhlükəsizlik bürosu ABŞ Dövlət Departamentinin təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti birləşməsidir və təhlükələrin analizi, kibertəhlükəsizlik, terrorçuluğa qarşı mübarizə, insanların, əmlakın və informasiyanın mühafizəsi məsələlərinə cavabdehlik daşıyır.

“İnterfaks” agentliyinin məlumatına görə, Erik Bosvell Bakıya səfəri zamanı İran xüsusi xidmət orqanlarının sifarişi ilə ölkədəki ABŞ və İsrail vətəndaşlarına qarşı terror aktları törətməyə hazırlaşan şəxslərin bir müddət əvvəl Azərbaycan təhlükəsizlik orqanları tərəfindən zərərsizləşdirilməsi məsələsinə də toxunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR