Bu gün AŞPA-nın yay sessiyası başlayır

Bu gün AŞPA-nın yay sessiyası başlayır
# 25 iyun 2012 08:06 (UTC +04:00)
APA-nın AŞPA-nın mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, sessiya çərçivəsində Azərbaycanla bağlı xüsusi müzakirələrin keçirilməsi gözlənilmir.

Sessiyada Albaniyanın baş naziri Sali Berişa və Xorvatiya hökumətinin rəhbəri Zoran Milanoviç çıxış edəcək, “Demokratiya təhlükədə: vətəndaşların rolu və dövlət bu gün” mövzusunda debatlar keçiriləcək, parlamentarlar maliyyə və iqtisadi böhranı müzakirə edəcək, Tunisdə vəziyyət, Avropa Şurası ölkələrində hüquq müdafiəçiləri ilə bağlı durum, Avropada müsəlman qadınlara qarşı ayrı-seçkiliklə bağlı mübarizəyə dair tədbirləri müzakirə edəcəklər.

Sessiyanın gündəliyinə Misirdə xristianların vəziyyəti, Avropa Şurasının insan haqları üzrə xüsusi nümayəndəsi vəzifəsinin təsis olunmasının AŞ-nin insan haqlarının müdafiəsi mexanizmlərinə təsiri ilə bağlı məsələlər də daxil edilib.

Sessiyada Avropa İnsan Haqları Məhkəməsinə 8 hakim və AŞ baş katibinin yeni müavini seçiləcək. İyunun 29-da başa çatacaq sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR