Azərbaycanın 2013-cü ilin dövlət büdcəsində xərclərin 35%-i əsaslı vəsait qoyuluşlarının payına düşür

Azərbaycanın 2013-cü ilin dövlət büdcəsində xərclərin 35%-i əsaslı vəsait qoyuluşlarının payına düşür
# 15 oktyabr 2012 10:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsinin xərclərinin strukturunda əsas yeri dövlət əsaslı vəsait qoyuluşu tutacaq. Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu xərclərin həcmi 6 915,2 mln. manat və ya ümumi büdcə xərclərinin (19 810 mln. manat) 34,9%-ni təşkil edir. Dövlət əsaslı vəsait qoyuluşlarının illik artım tempi isə 19,8% səviyyəsində gözlənilir.

Bundan əlavə, büdcə xərclərinin strukturunda əsas xərclər sırasında 1 813,6 mln. manat və ya 9,2% sosial müdafiə və sosial təminat xərcləri, 1 802 mln. manat və ya 9,1% ümumi dövlət xidmətləri üzrə xərclər, 1 530,4 mln. manat və ya 7,7% təhsil xərcləri, 1 528,6 mln. manat və ya 7,7% müdafiə xərcləri, 1 081,8 mln. manat və ya 5.5% məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin payına düşür.

Bu ilin proqnozlarına nisbətən sosial müdafiə və sosial təminat xərcləri gələn il 1,6%, ümumi dövlət xidmətləri üzrə xərclər 52,7%, təhsil xərcləri 1,2%, müdafiə xərcləri 8,6%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin 12,2% artacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR