Bakı-Qazax avtomagistralında ölümlə nəticələn yol qəzası baş verib

Bakı-Qazax avtomagistralında ölümlə nəticələn yol qəzası baş verib
# 01 mart 2012 09:26 (UTC +04:00)
Qazax. Ayxan Hüseynov - APA. Azərbaycanın Qazax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qazax rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax avtomagistralının 455-ci kilometrliyində qeydə alınıb. Qazax rayonunun Dağ Kəsəmən kənd sakini Səməd Kərimov “QAZ 2410” markalı avtomobili idarə edərkən idarəetməni itirərək avtomobili aşırıb. Qəza nəticəsində S. Kərimov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla əlaqədar araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR