ATƏT-in Bakı ofisinin rəhbəri Lənkəranda yerli QHT nümayəndələri ilə görüşüb - FOTO

ATƏT-in Bakı ofisinin rəhbəri Lənkəranda yerli QHT nümayəndələri ilə görüşüb - <font color=red>FOTO</font>
# 23 may 2012 13:27 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Mayın 22-dən Lənkəranda səfərdə olan ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay qurumun maliyyə dəstəyi ilə Lənkəran şəhərində fəaliyyət göstərən Hüquq Resurs Mərkəzində yerli QHT-lərin və media nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib. APA-nın cənub bürosunun məlumatına görə, diplomat Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Şəhər Polis Şöbəsinin rəisi Elxan Əliyevlə görüşdüyünü, Polis Şöbəsində müvəqqəti saxlama yerinin şəraiti ilə tanış olduğunu bildirib. ATƏT-in fəaliyyətindən bəhs edən səfir Azərbaycanın sürətli inkişaf yolu keçdiyini və yaxın gələcəkdə bölgənin aparıcı ölkələrindən birinə çevriləcəyinə əminliyini ifadə edib. Tədbirdə QHT nümayəndələri çıxış edərək fəaliyyətləri, üzləşdikləri problemlərdən söz açıblar. Sonda Koray Tarqay iştirakçıları maraqlandıran sualları cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR