Mahmud Əhmədinejad: “Amerikada çəkilən filmin arxasında İsrail dayanır”

Mahmud Əhmədinejad: “Amerikada çəkilən filmin arxasında İsrail dayanır”
# 14 sentyabr 2012 13:04 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, M. Əhmədinejad filmi kəskin tənqid edərək, bunu qorxu dənizində boğulmaqda olan İsrailin son çırpınışlarının bir nümunəsi kimi qiymətləndirib: “Bu filmin əsl məqsədi dinlər və bu dinlərə mənsub kütlələr arasında qarşıdurmalar yaratmaq, xüsusilə müsəlmanları hədəf göstərib alçaltmaqdır. Bu işin arxasında əli olduğu artıq hər kəs tərəfindən bilinən İsrail ucuz üsullarla ortalığı qarışdırıb öz varlığını bir az da qorumağa çalışır. Ancaq digər dinlərin mənsublarını müsəlmanların üzərinə salaraq öz varlığını davam etdirə biləcəyini zənn edən İsrail yanılır. Artıq İsrail getdikcə ABŞ üçün də dözülməz hala gəlir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR