Azərbaycan Ali Məhkəməsinin məsul işçisinin evi qarət edilib

Azərbaycan Ali Məhkəməsinin məsul işçisinin evi qarət edilib
# 30 mart 2012 14:44 (UTC +04:00)
Bu barədə APA-ya Xətai rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, hadisə ötən gecə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 24/38, mənzil 18 ünvanında qeydə alınıb. Həmin mənzilə daxil olan naməlum şəxslər evdən 1300 ABŞ dolları, 300 AZN və qızıl-zinət əşyaları götürüblər.

Hadisə barədə ev sahibi Mahir Həsənov bu gün polisə məlumat verib. Polis baş vermiş hadisə ilə bağlı araşdırmalara başlayıb.

Polisdən həmçinin bildirilib ki, evi qarət olunan M. Həsənov Ali Məhkəmədə işlər idarəsinin müdir müavinidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR