Bakı aeroportunda «elektron gömrük xidməti» köşkləri quraşdırılıb

Bakı aeroportunda «elektron gömrük xidməti» köşkləri quraşdırılıb
# 09 mart 2012 13:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı üzrə gömrük nəzarəti zonasında «e-Gömrük bəyannaməsi - elektron gömrük xidməti» informasiya köşkləri quraşdırılıb.

DGK-dən «APA-Economics»ə verilən məlumata görə, bu köşklər vasitəsilə vətəndaşlar gömrük rəsmiləşdirilməsi qaydaları, gömrük rüsum və tarif dərəcələri, mal nomenklaturası və digər zəruri məlumatlarla yanaşı, sərnişin bəyannaməsini doldurmaq yolu ilə gətirdikləri və apardıqları malları da elektron formada bəyan etmək imkanı əldə ediblər.

Nəticədə, sərnişinlər Azərbaycanın gömrük sərhədindən keçirdikləri malları bəyan etmək üçün sözügedən elektron gömrük xidmətindən istifadə etməklə vaxtlarına qənaət etmiş olurlar. Bunun üçün gömrük bəyannaməsini doldurmaq, çap etmək və sərhəddəki gömrük əməkdaşına təqdim etmək lazımdır.

Qeyd edək ki, «e-Gömrük» layihəsinin bu komponenti DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsində pilot layihə olaraq həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR