Hindistan brilyant ixracını 35% azaldıb

Hindistan brilyant ixracını 35% azaldıb
# 25 may 2012 09:17 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin aprel ayında Hindistandan brilyant ixracı illik müqayisədə 35% azalaraq 1,334 mlrd. dollara enib.

APA-Economics”in xəbərinə görə, bu barədə Qiymətli daşların və zərgərlik məmulatlarının ixracının stimullaşdırılması üzrə Şura açıqlama yayıb.

Hesabat dövründə brilyant idxalı 76% azalaraq 355,4 mln. dollara düşüb. Bu ilin yanvar aprel aylarında isə Hindistanda brilyant ixracı 41% (6,668 mlrd. dollara qədər), idxalı 72% (2,675 mlrd. dollara qədər) azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR