Hacıqabulda baş verən avtomobil qəzasında bir nəfər ölüb

Hacıqabulda baş verən avtomobil qəzasında bir nəfər ölüb
# 13 mart 2012 22:50 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı – APA. Hacıqabulda baş verən avtomobil qəzasında bir nəfər ölüb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna BDYPnin müstəntiqi məlumat verib. Müstəntiqin bildirdiyinə görə, ötən gecə Bakı-Qazax yolunun 162-ci kilometrliyində, Hacıqabulun Padar kəndi ərazisində Bakı şəhər sakini sürücü 1980-cı il təvəllüdlü Ağayev Emil Yusif oğlu idarə etdiyi VAZ 21015 markalı 90 CT 245 dövlət nömrə nişanlı avtomabillə, Türkiyə vətəndaşının idarə etdiyi yük avtomobili TIR-la toqquşub. Nəticədə VAZ 21015 markalı avtomobilin sürücüsü Emil Ağayevin yanında olan 1937-ci il təvəllüdlü nənəsi Xəlilova Rəqibə Rza qızı hadisə yerində dünyasını dəyişib. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYP-nin istintaq bölməsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR