Avropa Azərbaycan Cəmiyyəti ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağda keçirilmiş “seçkilər”lə bağlı bəyanatının əsas məqamlarını alqışlayıb

Avropa Azərbaycan Cəmiyyəti ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağda keçirilmiş “seçkilər”lə bağlı bəyanatının əsas məqamlarını alqışlayıb
# 20 iyul 2012 16:11 (UTC +04:00)
Bu barədə APA-ya AAC-dan məlumat verilib.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa bəyan edib ki, bu üç ölkədən heç biri, eyni zamanda dünyanın heç bir dövləti Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Bu mövqe beynəlxalq hüququn əsas prinsiplərinə və Dağlıq Qarabağın bütün dünyada Azərbaycanın ərazisi kimi tanınması faktına uyğun gəlir”. .

Avropa Azərbaycan Cəmiyyətinin kommunikasiyalar üzrə direktoru Leon Kuk bildirib ki, həmsədrlər haqlı olaraq Dağlıq Qarabağın qanuni əsaslara malik qurum olmadığını vurğulayıblar: “Bununla belə həmsədrlərin Dağlıq Qarabağın de-fakto hakimiyyəti üçün öz əhalisinin ictimai həyatını bu prosedur vasitəsilə demokratik şəkildə təşkil etmək cəhdinin vacibliyini qəbul etməsi məntiqsiz və əhəmiyyətsizdir. Azərbaycan torpaqlarının qanunsuz işğalı faktına formasından asılı olmayaraq hər hansı dəstək onsuz da zəif inkişaf edən sülh yolu ilə nizamlanma prosesini, o cümlədən 875 min azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtması ləngitmiş olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR