Azərbaycanda 10 gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb

Azərbaycanda 10 gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb
# 28 iyun 2012 07:07 (UTC +04:00)
Bu barədə APA-ya Ağcabədi rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, dünən Ağcabədi-Beyləqan yolunun 120-ci kilometrliyində, Qarabağ kanalının sahilində üzərində xəsarət olmayan naməlum kişi meyiti tapılıb. Araşdırmalar zamanı tapılan şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, meyiti tapılan şəxs, iyunun 17-də itkin düşmüş kimi qeydiyyatda olan Adil Hüseynovdur. Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddində çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR