«Muğan Bank»ın mənfəəti son bir ildə 60% artıb

«Muğan Bank»ın mənfəəti son bir ildə 60% artıb
# 22 oktyabr 2012 11:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin 2012-ci ilin yanvar-sentyabr aylarında əldə etdiyi mənfəətin həcmi 8,049 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün mənfəətindən 57% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 24% artaraq 29,256 mln. manat, o cümlədən faiz gəlirləri 22% artaraq 19,841 mln. manat, qeyri-faiz gəlirləri 26% artaraq 9,414 mln. manata çatıb. Bu dövr ərzində bankın xərcləri 14% artaraq 21,206 mln. manat, o cümlədən faiz xərcləri 5,9% artaraq 8,751 mln. manat, qeyri-faiz xərcləri isə 21% artaraq 12,456 mln. manat təşkil edib.

Təhlil aparılan dövr ərzində bankın faiz mənfəəti 39% artaraq 11,090 mln. manat, qeyri-faiz zərəri isə 7,1% artaraq 3,041 mln. manat olub.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 30 filialı, 51 bankomatı, 659 POS-terminalı və 576 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR