Ramazan bayramı ilə əlaqədar Bakıda yeni rabitə obyektləri istismara verilir

Ramazan bayramı ilə əlaqədar Bakıda yeni rabitə obyektləri istismara verilir
# 16 avqust 2012 08:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən Ramazan bayramı ilə əlaqədar stansiya və xətt qurğuları üzrə bir sıra obyektlər tikilib başa çatdırılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, stansiya qurğuları üzrə Suraxanı rayonunda, Şuşa qaçqınları yerləşən ərazidə 768 nömrə, Nəsimi rayonu H.Əliyev 17 ünvanında 2 416 nömrə və Səbail rayonu ərazisində «Baku Crystal Hall»da 208 nömrə tutumlu NGN tətbiqi ilə yeni stansiyalar, ümumi şəbəkə üzrə ayrı-ayrı telefon stansiyalarında ümumi tutumu 15 632 ADSL portu olan DSLAM (rəqəmli abunə stansiyaları) quraşdırılaraq istismara verilib.

Stansiyalar arası rabitə sisteminin optik kabellərlə qurulması və Bakının bütün qəsəbə və rayonlarında optik kabellərlə geniş zolaqlı xidmətlərin təşkili məqsədi ilə Xəzər rayonunda Zirə, Gürgan, Pirallahı istiqamətində FO-24 tipli, Qaradağ rayonunda Puta ATS istiqamətində FO-48 tipli optik kabel çəkilərək istifadəyə verilib. Hazırda bu sahədə Qızıldaş və Korgöz istiqamətində optik kabel çəkilişi başa çatdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR