Azərbaycanda kənd təsərrüfatı istehsalı 7% artırıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı 7% artırıb
# 15 avqust 2012 08:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqustun 1-dək Azərbaycanda aqrar bölmədə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 97,8%-i, yaxud 973,8 min hektarı biçilib və həmin sahələrdən 2 564,7 min ton məhsul götürülüb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, orta hesabla hər hektardan əldə edilmiş məhsul 1,6 sentner artaraq 26,3 sentner təşkil edib. Bundan başqa, məhsulu toplanmış 4,3 min hektar qarğıdalı sahəsindən 16,5 min ton məhsul götürülüb.

Yığım başlanandan sahələrdən 521,1 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 18,1 min ton çox kartof, 713,5 min ton (4 min ton çox) tərəvəz, 162,7 min ton (18 min ton çox) meyvə və giləmeyvə, 295,3 min ton (12,7 min ton az) bostan məhsulları, 395,4 ton (57,3 ton çox) yaşıl çay yarpağı, 1,6 min ton, yaxud 401 ton çox tütün toplanıb.

Bu dövrdə 251,8 min ton, yaxud 2011-ci ilin yanvar-iyul aylarına nisbətən 3,5% çox diri çəkidə ət, 1 008,2 min ton (7,1% çox) süd, 699,9 mln. ədəd (18,5% çox) yumurta, 14,8 min ton (1,5% çox) yun istehsal olunub.

«Beləliklə, keçən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 7,7%, heyvandarlıq məhsulları istehsalı 5,7%, kənd təsərrüfatının ümumi məhsulu isə 6,8% artıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR