ADA İxtisasartırma Kursları “Xəzər Dənizi Hövzəsi Araşdırmaları” proqramına qəbula start verib

ADA İxtisasartırma Kursları “Xəzər Dənizi Hövzəsi Araşdırmaları” proqramına qəbula start verib
# 02 mart 2012 12:12 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Diplomatik Akademiyası (ADA), artıq Azərbaycana təyin olunmuş və ya yaxın gələcəkdə təyin olunması gözlənilən xarici diplomatlara, Azərbaycan və Xəzər hövzəsi regionunu tədqiq edən yeni sertifikat proqramında iştirak etmək üçün müraciət etməyi təklif edir.
APA-nın məlumatına görə, bir həftəlik bu proqram ADA-nın professorları, özəl və dövlət sektorun nümayəndələri ilə intensiv kurslar və interaktiv müzakirələr təklif edir. Xarici işlər nazirinin Müavinləri və həmçinin Azərbaycan Respublikası Prezident Administrasiyası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Dövlət Neft Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, və Azərbaycandakı diplomatik korpusunun nümayəndələri, bu proqramda mühazirə demək üçün dəvət olunublar.

Proqram aşağıdakı modullardan ibarət mühazirələr təklif edir: 1) tarix və mədəniyyət; 2) siyasət və sosiologiya; 3) iqtisadiyyat; 4) xarici siyasət və təhlükəsizlik; 5) enerji və ətraf mühit. Proqramı bitirən iştirakçılar Azərbaycan Diplomatik Akademiyasının sertifikatını əldə edəcəklər. Daha ətraflı məlumat almaq və ərizə vermək üçün bu linkə müraciət etmək olar: http://ada.edu.az/academics/executiveedu/608/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR