«DəmirBank» yeni beynəlxalq pulköçürmə sisteminə qoşulub

«DəmirBank» yeni beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 16 aprel 2012 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC «Allure» beynəlxalq pulköçürmə sisteminə qoşulub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Allure» sistemi ilə müştərilər Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Latviya, Moldova və İsrail üzrə ABŞ dolları, avro və Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər.

Qeyd edək ki, bank hazırda «Western Union», «Zolotaya Korona», «Bıstraya Poçta», «Contact», «Coinstar», «Blizko», «PrivatMoney», «Migom», «Lider» və «Allure» sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR