Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 07 sentyabr 2012 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,17 dollar və ya 0,2% artaraq 1 barelə görə 95,53 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, sentyabrın 6-da ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,40 dollar və ya 0,4% artaraq 113,49 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR