Gələn ay Azərbaycanda yenilənmiş «Renaul Koleos» avtomobilinin satışı başlanır

Gələn ay Azərbaycanda yenilənmiş «Renaul Koleos» avtomobilinin satışı başlanır
# 18 may 2012 10:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayında Azərbaycanda yenilənmiş «Renaul Koleos» modelinin kütləvi satışına başlanacaq.

«Renault» avtomobillərinin Azərbaycanda rəsmi dileri olan «Nürgün Motors» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yenilənmiş «Koleos» öncədəkindən xarici görünüşü və komfort səviyyəsinin bir qədər də artırılması ilə fərqlənir. Sözügedən model «Renault»un Cənubi Koreyada yerləşən «Renault Samsung Motors» zavodunda istehsal edilir və artıq 40 ölkədə satılır.

Yenilənmiş krossoverin ön hissəsi bir sıra mühüm dəyişikliklərə məruz qalıb. Belə ki, «Renault» embleminin hər iki tərəfində yeni, ensiz fənərlərlə birgə xromlaşdırılmış radiator barmaqlıqları yer alıb. Yan aynalar isə işıq diod işarələri ilə təchiz olunub.

Bundan başqa, yenilənmiş «Koleos»un salonunda yeni üz çəkmə materialları, yeni alət paneli, işıqlandırma, spidometr və cihaz panellərinin üslublu görünüşü də dəyişdirilib.

Eyni zamanda, yenilənmiş «Renault Koleos»da çoxsaylı faydalı və münasib texniki həllər yer alıb. Onların arasında «sərbəst əl» funksiyalı kilid kartı, avtomatik dayanacaq tormozu, kruiz-kontrol, coystikli «Carminat TomTom» naviqasiya sistemi, səmt dayanaqlığını sabitləşdirmə sistemi və eniş-yoxuş zamanı yardımçı sistem mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR