Milli komandamız Avropa çempionatında mübarizəyə başlayır

Milli komandamız Avropa çempionatında mübarizəyə başlayır
# 14 avqust 2012 14:26 (UTC +04:00)
Bakı – APA. Sabah kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması tarixində ilk dəfə analoji yarışda mübarizəyə başlayacaq.

Komandamız debütünü Lüksemburqda edəcək. Elxan Əliyevin yetirmələri yerli yığma ilə qarşılaşacaq. Oyunun komandamız üçün asan keçməyəcəyi gözlənilir. Çünki rəqib də demək olar ki, bizlə eyni səviyyədədir. Lakin millimizin heyətində yer alacaq amerikalılar qələbəmizi təmin edə bilərlər. Bu həmin basketbolçularla yanaşı, Türkiyədəki təmsilçilərimizin də son təlim-məşq toplanışında bir-birinə uyğunlaşdığı halda reallaşacaq.

Qrupumuzun digər qarşılaşmasında Bolqarıstan İsveçi qəbul edəcək. Digər rəqibimiz Almaniya isə istirahət edəcək.

20:00. LÜKSEMBURQ – AZƏRBAYCAN
Hakimlər: Yosef Bissanq (Fransa), Bert Van Sloten (Hollandiya) və Kristof Ronaski (Avstriya)

Qeyd edək ki, yığmamız avqustun 18-də Bakıda Bolqarıstanla oynayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR