TürkPA-nın nümayəndə heyəti Beynəlxalq Parlamentlər İttifaqının Uqandada keçirilən sessiyasında iştirak edib - FOTO

TürkPA-nın nümayəndə heyəti Beynəlxalq Parlamentlər İttifaqının Uqandada keçirilən sessiyasında iştirak edib - <font color=red>FOTO</font>
# 09 aprel 2012 14:27 (UTC +04:00)
Bakı – APA. TürkPA-nın nümayəndə heyəti Beynəlxalq Parlamentlər İttifaqının (IPU) Uqandanın paytaxtı Kampala şəhərində keçirilən 126-cı sessiyasına qatılıb. Qurumdan APA-ya verilən məlumata görə, martın 31-dən aprelin 5-nə qədər keçirilən və TürkPA-nın müşahidəçi statusu ilə təmsil olunduğu sessiyada assambleyanı Azərbaycan parlamentinin TürkPA-dakı nümayəndə heyətinin üzvü İlham Əliyev və TürkPA baş katibinin müavini Kürşad Melih Sariarslanın daxil olduğu nümayəndə heyəti təmsil edib.

Baş katibin müavini Sarıarslan Parlamentlərin Baş Katibləri Assosiasiyasının (ASGP) iclasında “TürkPA-nın beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib və sual-cavab şəklində davam edən iclasda TürkPA haqqında verilən sualları cavablandırıb. Eyni zamanda TürkPA-nın tanıdılması məqsədilə digər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR