«Günay Sığorta» nizamnamə kapitalını artırır

«Günay Sığorta» nizamnamə kapitalını artırır
# 30 mart 2012 08:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Günay Sığorta» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 650 ədəd, emissiyanın ümumi həcmi isə 650 min manat təşkil edir. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Standard Capital» MMC çıxış edəcək. Yerləşdirmə BFB vasitəsilə keçiriləcək ki, bu proses başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 18,3% artaraq 4,2 mln. manata çatacaq.

Xatırladaq ki, «Günay Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalında edilən dəyişikliyə əsasən, «Günay Sığorta» 100%-li yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir. Cari ilin yanvarın 1-nə «Günay Sığorta»nın nizamnamə kapitalı 3,550 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR