Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı təqdim edilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı təqdim edilib
# 12 sentyabr 2012 22:24 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 12-də Həştərxan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni medalının təqdim edilməsi mərasimi olub.

Mərasimdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd edib ki, həştərxanlıları Azərbaycanla ümumi Xəzər dənizi birləşdirir və ümumi məqsəd təbiəti qorumaqdır. Qubernator deyib: “Həştərxanlılar tarixən həmişə Azərbaycan xalqına məhəbbətlə yanaşmışlar. Buna görə də hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası ürək açır. Bugünkü tədbirlər – Dostluq körpüsünün, Uşaq şəhərciyinin açılışı, müqəddəs knyaz Vladimirin gələcək abidəsi yerində təməl daşının qoyulması bunu təsdiq edir”.
O, Həştərxanda həyata keçirilmiş layihələrə, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə yönəldilmiş səylərinə görə Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna həştərxanlılar adından minnətdarlığını bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yüksək mükafata görə təşəkkür edərək deyib: “Həştərxan gözəl şəhərdir, lakin burada mənə daha çox xoş gələn insanlardır. Çünki sizin hərarətinizi duymamaq mümkün deyil. Qarşıda bizim hələ çox layihələrimiz olacaqr”.

Mükafatın təqdim edilməsindən sonra Rusiya və Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR