Hacıqabul-Kürdəmir avtomobil yolu genişləndirilir - FOTO

Hacıqabul-Kürdəmir avtomobil yolu genişləndirilir - <font color=red>FOTO</font>
# 02 avqust 2012 13:49 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, bu layihə Bakıdan Gürcüstan sərhədinə qədər olan avtomobil yolunun tərkib hissəsi olmaqla Hacıqabul və Kürdəmir rayonları ərazisindən keçir: «Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 120-ci km-dən başlamaqla ümumi uzunluğu 80 km təşkil edəcək. Layihə üzrə 5 yol qovşağının, 1 körpünün, müxtəlif diametrli suötürücü boruların, yeraltı keçidlərin və yaşayış məntəqələrindən keçən ərazilərdə yerli yolların tikintisi nəzərdə tutulur».

P.Mürsəliyev onu da bildirib ki, tikinti işlərinə gəldikdə torpaq işlərinin ümumilikdə 70%-i yerinə yetirilib, 15 km-lik məsafədə isə ikiqat asfalt örtük döşənib. Yaxın bir neçə gündə isə 20 km-ə yaxın məsafədə ikiqat asfalt örtüyünün vurulması işləri başa çatdırılacaq. Bütün bu işlərlə yanaşı, piyada və heyvan keçidlərinin, müxtəlif süni qurğuların tikintisi işləri də həyata keçirilir.

«Tikinti işlərində istifadə olunan asfalt döşəyən maşın ən müasir cihaz və mexanizmlərdən ibarətdir. Avropa istehsalı olan və lazer nəzarət cihazları ilə təchiz olunan bu maşın asfalt-beton örtüyünün keyfiyyətli döşənməsində müstəsna rola malikdir», - deyə ASC-nin rəsmisi bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR