Yevlaxda qəbiristanlıqda ata və oğul bıçaqlanıb, oğul ölüb

Yevlaxda qəbiristanlıqda ata və oğul bıçaqlanıb, oğul ölüb
# 27 sentyabr 2012 09:20 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə ötən gecə rayonun Havarlı kəndində qeydə alınıb. Mingəçevir sakini,1986-cı il təvəllüdlü Qarayev Rauf Eldar oğlu və atası 1957-ci il təvəllüdlü Qarayev Eldar Qüdrət oğlu Havarlı kənd qəbiristanlığında şəxsi münasibətlər zəminində adı hələlik açıqlanmayan şəxslə baş verən dava zamanı bıçaqlanıblar. Rauf Qarayev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib, atası isə ağır vəziyyətdə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb və onun kimliyi hələlik məlum deyil. Faktla bağlı Yevlax rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR