Son bir ildə «Royal Bank» müştəri bazasını 3 dəfəyədək artırıb

Son bir ildə «Royal Bank» müştəri bazasını 3 dəfəyədək artırıb
# 24 aprel 2012 12:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Royal Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 180,481 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,3% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın kredit portfeli 3,3% azalaraq 123,263 mln. manat, depozit portfeli isə 5,2% artaraq 80,113 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 26% azalaraq 16,754 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 22,139 mln. manat olub.

Bu müddət ərzində bankın cəmi müştərilərinin sayı 2,6 dəfə artaraq 142 104-ə, o cümlədən fiziki şəxsləri sayı 2,7 dəfə artaraq 139 024-ə, hüquqi şəxslərin sayı isə 43% artaraq 3 080-ə çatıb. Bununla yanaşı, bankın aktiv plastik karatlarının sayı 2,3 dəfə artaraq 81 456, o cümlədən debet kartlarının sayı 79 270, kredit karatlarının sayı isə 2 186 olub.

Xatırladaq ki, «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 2 şöbəsi, 8 mübadilə şöbəsi, 31 bankomatı, 113 POS-terminalı və 563 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR