Daxili işlər naziri Ramil Usubov Hacıqabulda məktəb açılışında iştirak edib-FOTO

Daxili işlər naziri Ramil Usubov Hacıqabulda məktəb açılışında iştirak edib-<font color=red>FOTO</font>
# 15 sentyabr 2012 15:50 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun bildirdiyinə görə, bu gün Hacıqabul rayonununun 5 kəndində yeni təmir olunan və tikilən məktəb binalarının açılış mərasimi keçirilib.

Açılış mərasiminə daxili işlər naziri Ramil Usubov, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, millət vəkili Rəfael Hüseynov iştirak ediblər.

Rayonun Rəncbər kəndində 624 şagird yerlik, Meyniman kəndində 620 şagird yerlik, Pirsaat kəndində 180 şagird yerlik və Qubalı-Baloğlan kəndində 140 şagird yerlik məktəblər əsaslı təmir edilib, Tağılı kəndində isə 80 şagird yerlik yeni məktəb binası tikilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR