Rusiya Fövqəladə Hallar Nazirliyi: Mahaçqalada baş verən partlayışlar nəticəsində 13 nəfər ölüb, 109 nəfər yaralanıb

Rusiya Fövqəladə Hallar Nazirliyi: Mahaçqalada baş verən partlayışlar nəticəsində 13 nəfər ölüb, 109 nəfər yaralanıb
# 04 may 2012 07:39 (UTC +04:00)
APA-nın məlumatına görə, terror aktlarının qurbanları ilə bağlı yekun rəsmi məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb. Nazirliyin nümayəndəsi 83 yaralının xəstəxanalara yerləşdirildiyini, 26 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərildiyini bildirib. Xəstəxanalara aparılan yaralılardan 21 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır, 15 nəfərin vəziyyəti yüngül dəyərləndirilir.

Qeyd edək ki, dünən Bakı vaxtı ilə 00.20 radələrində Həştərxan-Mahaçqala yolunda yerləşən polis postunda əvvəlcə trotil yüklənmiş avtomobil, daha sonra minalanmış “Qazel” markalı maşını parladılıb. Partlayış nəticəsində 19 avtomobilə, o cümlədən bir yanğınsöndürən maşın və 3 polis maşınına ziyan dəyib, yol kənarından keçən aşağı təzyiqli qaz kəməri sıradan çıxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR