Azərbaycanda Şəhərsalma və Tikinti Məcəlləsi üzrə ictimai dinləmələr keçirilib - YENİLƏNİB - FOTOSESSİYA

Azərbaycanda Şəhərsalma və Tikinti Məcəlləsi üzrə ictimai dinləmələr keçirilib - <font color=red>YENİLƏNİB - FOTOSESSİYA</font>
# 13 aprel 2012 07:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda Amerika Ticarət Palatası (AmCham) Azərbaycan Milli Məclisi, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Alman Beynəlxalq Əməkdaşlıq təşkilatı ilə birlikdə, «Baker & McKenzie» hüquq şirkətinin maliyyə dəstəyi ilə Şəhərsalma və Tikinti Məcəlləsi üzrə ictimai dinləmələr keçirib.

«APA-Economics»in məlumatına görə, ictimai dinləmədə Azərbaycan parlamentinin hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, hazırda Məcəllə üzərində çalışan işçi qrupunun rəhbəri Səyyad Kərimov, Alman Beynəlxalq Əməkdaşlıq Təşkilatının Azərbaycan üzrə rəhbəri Tomas Melçer iştirak ediblər. Tədbirə həmçinin Biznes İctimaiyyətinin Amerika Ticarət Palatasında təmsil olunan 60 üzvü qatılıb.

Tədbirdə Məcəllə layihəsinin hazırkı vəziyyəti və ona ikinci oxunuşdan əvvəl edilməsi planlaşdırılan əlavə və dəyişikliklər müzakirə olunub. İctimai dinləmədə Məcəllə layihəsi üzərində çalışan işçi qrupunun rəhbəri S.Kərimov və AmCham-ın nümayəndəsi çıxış ediblər. Çıxışlar zamanı və ondan sonra Məcəllə layihəsinin üstünlükləri və çatışmazlıqlar müzakirə olunub.

S.Kərimov bildirib ki, Şəhərsalma və Tikinti Məcəlləsinin parlamentin yaz sessiyasında qəbulu nəzərdə tutulur və Məcəllənin 2013-cü ilin əvvəlindən qüvvəyə minməsi gözlənilir. Bununla yanaşı, Məcəllənin bəzi maddələrinin 2014-cü və ya 2015-ci ildən qüvvəyə minməsi istisna olunmur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR