Niderlandlı qonaqlar VHP-də olub

Niderlandlı qonaqlar VHP-də olub
# 05 iyun 2012 13:40 (UTC +04:00)
Bakı – APA. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun proqram meneceri Kati Piri və qurumun Gürcüstandakı nümayəndəsi Levan Tsutskridze ilə görüşüb. VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə partiyaların təşkilatlanması, gənclərin maarifləndirilməsində siyasi institutların rolu və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlar layihələr çərçivəsində təşkilatlanma, siyasi qurumların regional strukturları və gənclərin təşkilatlanmasında Avropa təcrübəsini bölüşməyə hazır olduqlarını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR