Azərbaycanda bir gecədə baş verən yol qəzalarında 5 nəfər ölüb, 33 nəfər xəsarət alıb

Azərbaycanda bir gecədə baş verən yol qəzalarında 5 nəfər ölüb, 33 nəfər xəsarət alıb
# 10 iyul 2012 06:23 (UTC +04:00)
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, ötən gecə respublikanın avtomobil yollarında 19 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər ölüb, 33 nəfər xəsarət alıb.

Qəzalardan ən ağırı Salyan rayonunda baş verib. Həmin qəzada iki nəfər həbsxana işçisi yanaraq ölüb.

Yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşılması nəticəsində meydana gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR