Nazir: “Bizim 12 illik təhsillə bağlı təklifimiz ölkə rəhbərliyi tərəfindən nəzərə alınsa, bunun həyata keçirilmə mexanizmi hazırlanacaq”

Nazir: “Bizim 12 illik təhsillə bağlı təklifimiz ölkə rəhbərliyi tərəfindən nəzərə alınsa, bunun həyata keçirilmə mexanizmi hazırlanacaq”
# 22 fevral 2012 13:25 (UTC +04:00)
Azərbaycan da buna keçməlidir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə təhsil nazirin Misir Mərdanov bildirib. Nazir deyib ki, indi orta məktəblərin tədris planında 10-a qədər yeni fənn əlavə olunub: ”10-11 ildə bu fənlərin hamısını lazımi səviyyədə öyrənib başa çatdırmaq çətindir. 12 illik təhsil bizim arzumuzdur. Parlamentdə nəzərə alınarsa və ölkə başçısı tərəfindən dəstəklənərsə, o zaman bunun həyata keçirilmə mexanizmi hazırlanacaq”.

Nazir ali məktəblərdə pedaqoji ixtisaslar üzrə hazırlanan kadrlar üçün internatura sisteminin tətbiqi barədə danışaraq bunu da dünya təcrübəsində mövcud olduğunu deyib: “Ali məktəbin bakalavr pilləsini bitirəndən sonra bir il, əsasən təcrübə yönümlü iş aparmaqla müəllim hazırlığına keçmək olar. Buna internatura deyilir və bu 10 illik milli təhsil strategiyasının parametrlərindən biridir. Əgər ölkə rəhbərliyi tərəfindən qəbul olunarsa, buna gedə bilərik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR