Gələn həftə Azərbaycan və Türkiyə Trans-Anadolu qaz kəmərinə dair hökumətlərarası saziş imzalayacaq

Gələn həftə Azərbaycan və Türkiyə Trans-Anadolu qaz kəmərinə dair hökumətlərarası saziş imzalayacaq
# 14 mart 2012 08:14 (UTC +04:00)
APA-Economics”in “The Wall Street Journal”a istinadən xəbərinə görə, bu barədə Küveytdə səfərdə olan Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Qeyd edək ki, 26 dekabr 2011-ci ildə Ankarada Türkiyə və Azərbaycan arasında Trans-Anadolu (Samsun-Ceyhan) qaz kəmərinin tikintisi layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Yeni kəmər Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında hasil olunan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün nəzərdə tutulur. Kəmərin illik ötürmə gücü azı 16 mlrd. kubmetr təşkil edəcək. Kəmər Türkiyənin şərq sərhədlərindən - Gürcüstanla sərhəddən Türkiyənin Bolqarıstan və ya Yunanıstanla sərhədinədək uzanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR