İranın Atom Enerjisi Təşkilatının rəhbəri: “AEBA ABŞ və İsrail kəşfiyyat orqanlarının təsiri altındadır”

İranın Atom Enerjisi Təşkilatının rəhbəri: “AEBA ABŞ və İsrail kəşfiyyat orqanlarının təsiri altındadır”
# 26 sentyabr 2012 09:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ABŞ və İsrail kəşfiyyat orqanlarının təsiri altındadır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firidun Abbasi ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvlərinin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, agentliyə verilən məlumatlar MKİ və “Mossad”a sızdırılır və bununla da AEBA bu kəşfiyyat orqanlarına xidmət edir. F.Abbasi əlavə edib ki, Buşəhr atom elektrik stansiyası da adi qaydada fəaliyyət göstərir və stansiyada Rusiya ilə əməkdaşlıq davam etdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR