Bu həftə Azərbaycan dövlət ipoteka istiqrazlarının dördüncü emissiyasının sonuncu tranşı hərraca çıxarılacaq

Bu həftə Azərbaycan dövlət ipoteka istiqrazlarının dördüncü emissiyasının sonuncu tranşı hərraca çıxarılacaq
# 21 fevral 2012 12:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Fevralın 23-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının dördüncü emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat məbləğində istiqraz çıxarılacaq. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. İstiqrazlar 101,1833% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2018-ci ilin avqustun 28-də icra olunacaq.

Qeyd edək ki, AİF-in dördüncü emissiyasının ümumi həcmi 20 mln. manat, bir istiqrazın nominal dəyəri 1 min manat, tədavül müddəti 2 520 gün, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. İstiqrazların yerləşdirilməsinə 2011-ci il sentyabrın 23-də başlanılıb ki, indiyədək 17 mln. manat həcmində istiqraz yerləşdirilib.

Xatırladaq ki, bundan öncə AİF-in yerləşdirməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirməsi 2010-cu ilin fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan üç buraxılış tam yerləşdirilib. Eyni zamanda, AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının beşinci emissiya prospekti də dövlət qeydiyyatına alınıb. Beşinci emissiya prospektinin ümumi həcmi 30 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR