Mehdi Səlimzadə: “Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üçün reyestr çıxarışı almağa ehtiyac yoxdur”

Mehdi Səlimzadə: “Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üçün reyestr çıxarışı almağa ehtiyac yoxdur”
# 07 fevral 2012 12:39 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üçün reyestr çıxarışı almağa ehtiyac yoxdur”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib. M. Səlimzadə əvvəllər müvafiq çıxarışın tələb olunduğunu xatırladıb: “Lakin sonradan bizim mərkəz tərəfindən qanuna istinadən tövsiyə xarakterli məktub yazıldı ki, bu sənəd tələb olunmasın”.

M. Səlimzadə bildirib ki, bələdiyyələr bu məsələdə prinsipiallıq nümayiş etdirməlidir, hətta məhkəmədən çəkinməməlidir.

MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə də bələdiyyələri prinsipiallığa çağırıb: “Bələdiyyələr istəyirsə ki, onların işlərinə müdaxilə olunmasın, o zaman prinsipiallıq göstərsinlər”.

A. Rəhimzadə bələdiyyələrin maliyyələşmədə müstəqil olmasının zəruriliyini də vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR