İranda 6 nəfər edam edilib

İranda 6 nəfər edam edilib
# 27 sentyabr 2012 15:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Tehranda bu gün 6 nəfər edam edilib. APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən məhbuslar edam edilməsi üçün Kərəcin Qızılhisar zindanından Tehranın Evin həbsxanasına köçürülüb. Məhkəmənin ölüm hökmü çıxardığı 6 nəfər səhər saatlarında Evin zindanının həyətində asılaraq edam edilib.

Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR