Tərlan Kərimov bürünc medal şansını saxlayır

Tərlan Kərimov bürünc medal şansını saxlayır
# 29 iyul 2012 13:56 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, ilk mərhələdən azad olan həmyerlimiz 1/16 finalda rusiyalı Musa Moquşkovla qarşılaşıb.

T. Kərimov ilk görüşdə qələbə qazanıb. Döyüşün əsas vaxtında idmançılar hərəyə 1 yuko fəndi işlətdiklərindən qalib əlavə vaxtda müəyyənləşib. Burada isə ilk fəndi işlədən Tərlan növbəti mərhələyə adlayıb.

O, növbəti mərhələdə Əhməd Avad (Misir) ilə görüşüb. T. Kərimov rəqibinə heç bir şans verməyərək 2 yuko xalı ilə qalib gəlib və 1/4 finala vəsiqə qazanıb.

İdmançımız yarımfinala vəsiqə uğrunda ispaniyalı Suqoi Uriartenlə qarşılaşıb. Lakin T. Kərimov rəqibinə 0-2 uduzub. Bununla belə, o, bürünc medal şansını saxlayır.

Qeyd edək ki, olimpiadaya 8 cüdoçu ilə yollanan yığmamızın heyətində hələlik İlqar Müşkiyev (60 kq) çıxışını başa vurub. O, ilk görüşündəcə uduzub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR