Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının ilk iclasının vaxtı açıqlanıb

Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının ilk iclasının vaxtı açıqlanıb
# 21 fevral 2012 15:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Martın 5-də Düşənbədə (Tacikistan) Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın ilk iclası keçiriləcək.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycan və Tacikistan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tacikistan tərəfdən isə bu ölkənin meliorasiya və su ehtiyatları naziri Rahmat Bobokalonovdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR